Aprel döyüşlərinin şəhidləri haqqında sənədli film çəkilibbackend

Aprel döyüşlərinin şəhidləri haqqında sənədli film çəkilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprel döyüşləri zamanı şəhid olan gizir Pəncəli Teymurov, əsgər Rəvan Murayev və Ülvin Məmmədov barədə sənədli film çəkilib.

İnterPress.az xəbər verir ki, film Azərbaycan Maarifçi Gənclər Təşkilatının təşəbbüsü və Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşləri qəhrəmanlarımızı unutmayaq!” adlı layihə çərçivəsində lentə alınıb.

Şəhidlərin oxuduqları məktəblərdə sənədli filmin təqdimatını keçirməklə gənclər arasında maarifçilik işinin aparılması nəzərdə tutulub.

Üç ay davam edən layihə çərçivəsində lentə alınan sənədli film disklərdə çoxaldılıb, Aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhidlər barədə məlumatı özündə əks etdirən maarifləndirici bukletlər hazırlanıb.

Layihənin yekunu olaraq Astara rayonu B.Rüstəmov adına Asxanakəran tam orta məktəbində, Zaqatala rayonu Muxax kənd 1 saylı orta məktəbində və Masazır qəsəbəsi Çıraqlı kənd orta məktəbində şəhidlər haqqında sənədli filmin təqdimatı keçirilib. Hər üç tədbirdə rayon icra hakimiyyətlərinin, kənd icra və bələdiyyə nümayəndələri ilə yanaşı, məktəbin müəllim və şagird heyəti və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Təqdimatda şagirdlər şəhidlər haqqında və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Astara rayonunda həmçinin Pəncəli Teymurovun qəbri və ev muzeyinə ziyarət təşkil edilib.

Tədbirlərin təşkilində əsas məqsəd gənclərin Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızı unutmamasıdır.

İnterPress.az