Hava şəraiti dəyişir: Yağış və qar yağacaqbackend

Hava şəraiti dəyişir: Yağış və qar yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 24-də ölkə ərazisində hava şəraiti dəyişəcək.

İnterPress.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:

“Səhər duman, çiskin olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əsasən, yağmursuz hava şəraiti olacaq.

Lakin fevralın 24-ü axşam saatlarında bəzi şimal-şərq rayonlarında yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”, – deyə Gülşad Məmmədova qeyd edib.

İnterPress.az