Bəşər Əsəd nüvə bombası hazırlayır – GİZLİ SƏNƏDbackend

Bəşər Əsəd nüvə bombası hazırlayır – GİZLİ SƏNƏD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu iddia ilə Almaniyada nəşr olunan “Der Spiegel” jurnalı çıxış edib. Gizli stansiyada nüvə silahı istehsalı üçün çalışmalar aparılır. Sözügedən nüvə stansiyasının kosmosdan çəkilən görüntüləri və gizli sənədləri yayılıb.

Jurnalın yazdığına görə, nüvə bombası istehsal etmək üçün planlarını həyata keçirən Bəşər Əsəd bu layihəni Numus şəhəri yaxınlığında icra etdirir. Livan sərhədinə 2 km məsafədə insa edilən stansiya dağlıq bölgədə olduğundan diqqəti ilk baxışda cəlb etmir.

Nüvə stansiyası ilə bağlı yayılan sənədlərə baxış keçirən mütəxəssislər “Zəmzəm” kod adlı nüvə reaktoru və uranın zənginləşdirilməsi layihəsinin bir hissəsi olduğunu bildirirlər.

Layihənin icrasında Şimalı Koreya və İran mütəxəssislərinin iştirakı istisna edilmir.

İnterpress.az