Özbəkistanda nikah qadağasıbackend

Özbəkistanda nikah qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda yaxın qohumlar arasında nikah bağlanması qadağan edilə bilər.

İnterPress.az xəbər verir ki, Səhiyyə Nazirliyi ölkənin Ali Kodeksinə dəyişiklik etmək haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsinin 16-cı maddəsində dəyişiklik etmək nəzərdə tutulur.

Yeni dəyişikliyə əsasən qardaş və bacıların övladlarının evlənməsi qadağan olunur.

Hazırda doğma və ögey bacı-qardaşlar, övladlığa götürülən uşaqlarla valideynlər arasında nikaha yol verilmir. Müzakirələr martın 9-dək davam edəcək.

Xatırladaq ki, Özbəkistanda nikah yaşı kişilər üçün 18, qadınlar üçün isə 17 yaş müəyyən edilib.(azertag)

İnterPress.az