Türkiyə parlamentinin yeni sədri seçildibackend

Türkiyə parlamentinin yeni sədri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mustafa Şentop Türkiyə parlamentinin yeni sədri seçilib.

İnterPress.az xəbər verir ki, gizli səsvermənin birinci və ikinci turlarında namizədlərin heç biri tələb olunan səs toplaya bilməyib.

M. Şentop üçüncü turda digər namizədləri üstələyərək parlamentin sədri seçilib.

Qeyd edək ki, parlamentin sədri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasını tərəfindən İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri postuna namizəd irəli sürüldüyündən tutduğu vəzifədən istefa verib.

Türkiyə parlamentinin sədri postuna Mustafa Şentopla (AKP) yanaşı CHP-li millət vəkili Engin Altay, Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili Serpil Kemalbay Pekgözegü və İYİ Partiyasından olan millət vəkili İmam Hüseyn Filizin namizədliyi irəli sürülüb.

İnterPress.az