Hindistanda keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdıbackend

Hindistanda keyfiyyətsiz alkoqol qurbanlarının sayı 140-a çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Assam ştatında keyfiyyətsiz alkoqoldan zəhərlənərək ölənlərin sayı 140 nəfərə çatıb.

İnterPress.az-ın məlumatına görə, bunu ştatın səhiyyə naziri Himanta Bisva Şarma deyib. Onun sözlərinə görə, daha 300 nəfər xəstəxanalardadır, bəzilərinin vəziyyəti ağırdır.

\”Ölənlərin sayı hər dəqiqə ilə artıq\”, – deyə nazir bildirib.

Xatırladaq ki, hadisə qurbanları əsasən Assam ştatının çay sahələrinin işçiləri olub. İşçilər əmək haqqının alınmasını qeyd edərkən tərkibində metanol olan likör içiblər.(trend)

İnterPress.az