Gürcüstanda dövlət bayraqları endirilibbackend

Gürcüstanda dövlət bayraqları endirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün sovet qoşunlarının Gürcüstanı işğal etməsindən 98 il ötür.

İnterPress.az xəbər verir ki, bununla bağlı ölkənin bütün dövlət qurumlarında bayraqlar endirilib.

Dövlət bayraqları Gürcüstan Prezidentinin sarayında, parlament, nazirlik, mərkəzi və yerli dövlət idarələrinin binalarında da endirilib.

Qeyd edək ki, Gürcüstan parlamentinin 21 iyul 2010-cu il tarixli qərarı ilə fevralın 25-i Sovet işğalı günü elan olunub. 1921-ci ilin fevralın 25-də Qırmızı ordu Tbilisiyə daxil olub və Gürcüstan Demokratik Respublikasını devirib. (report)

İnterPress.az