Bu müsəlman Fransada qəhrəman elan edildi – VİDEObackend

Bu müsəlman Fransada qəhrəman elan edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, marketdə işləyən müsəlman gənc çox sayda insanı gizlədərək qətliamın qarşısını alıb. Müsəlman gənc artıq Fransada qəhrəman kimi təqdim olunur.

Jurnalistlərin qətlini həyata keçirən Amedi Kalibali adlı terrorçu marketdə girov götürdüyü şəxslərin azad edilməsi əməliyyatında özü öldürülüb, daha 4 nəfər də həyatını itirib. Əgər marketin əməkdaşı olan müsəlman gənc insanları gizlətməsəydi, itkilərin sayı daha da arta bilərdi.

Malidən olan gənc bir qrup müştərini dondurucuda gizlədib. Aralarında ana və uşağın da olduğu girovlar bir müddət marketin dondurucusunda gizləniblər.

Dondurucunu elektrik cərəyanından ayıraraq daha sonra marketin içinə qayıdan gənc də əməliyyat zamanı polis tərəfindən saxlanılıb. Lakin araşdırma nəticəsində onun terrorçu yox, xilasedici olduğu ortaya çıxıb.

Hazırda o, Fransanın qəhrəmanı adlandırılır.


Yahudi Marketindeki Katliamı Bir Müslüman... haberler
İnterpress.az