Nursultan Nazarbayev yeni hökumət başçısı təyin edibbackend

Nursultan Nazarbayev yeni hökumət başçısı təyin edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin yeni baş nazirini təyin edib.

İnterPress.az-ın məlumatına görə, bu vəzifəyə Askar Mamin təyin olunub.

53 yaşlı A.Mamin bundan əvvəl Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri, Astana şəhərinin meri, “Qazaxıstan dəmir yolları” şirkətinin rəhbəri vəzifələrində çalışıb.

Qeyd edək ki, N.Nazarbayev fevralın 21-i hökuməti istefaya göndərmişdi. Həmin hökumətdə birinci müavin olan A.Mamin müvəqqəti olaraq baş nazir vəzifələrini icra edirdi.(trend)

İnterPress.az