Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Qusarda 41 yaşlı kişinin meyiti kirayə qaldığı evdən tapıldı

Qusar rayon sakini evində dəm qazından boğulub ölüb.

Dərc edilib: 25 fevral 2019 [13:18]
Baxış sayı: 8470

Qusar rayon sakini evində dəm qazından boğulub ölüb.

İnterPress.az-ın məlumatına görə, Qusar şəhəri, M.Həsrətov küçəsi 35 saylı evdə yaşayan, 1978-ci il təvəllüdlü Adıgözəlov Alik Zeybulla oğlunun meyiti dostu tərəfindən həmin evdə aşkarlanıb.

İlkin araşdırmalar zamanı məlum olub ki. A.Adıgözəlov fevralın 24-də səhər saatlarında kirayədə yaşadığı evin hamamında qazla işləyən su qızdırıcısının tüstü bacasından sızan dəm qazından boğularaq ölüb.

Meyit müayinə olunub və üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.(trend)

İnterPress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179