Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb – VİDEO – YENİLƏNİBbackend

Goranboyda yol qəzasında 5 nəfər xəsarət alıb – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

İnterPress.az-ın məlumatına görə, yaralılardan 3 nəfər, Tərtər rayon sakinləri – Əliyev Musa Cəlal oğlu (1967), Əliyeva Aygün İsmayıl qızı (1977) və Babayeva Ülviyə Adil qızı (1984) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Daha 2 nəfər – Bayramov İdris Oruc oğlu və Babayev Ramin Qənbər oğlu isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin 2 nəfərin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.

***

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Xanqərvənd kənd yolunda qeydə alınıb.

İlkin məlumata görə, yol qəzası zamanı 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Hazırda onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

İnterPress.az