Şəmkirdə gizlənqaç oynayan 9 yaşlı uşağı elektrik cərəyanı vurubbackend

Şəmkirdə gizlənqaç oynayan 9 yaşlı uşağı elektrik cərəyanı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə 9 yaşlı uşağın qolu yüksək gərginlikli elektrik xəttinə dəyib, qolu amputasiya olub.

İnterPress.az-ın məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şadxan Hüseynov uşaqlarla gizlənqaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorunun arxasında gizlənmək məqsədi ilə ora daxil olub və ehtiyatsızlıqdan uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə onun qolu ağır dərəcədə yanıq xəsarəti alıb. Ağır xəsarət alan 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib və qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.(report)

İnterPress.az