Bakıda Tərtər sakininin avtomobili qaçırılıbbackend

Bakıda Tərtər sakininin avtomobili qaçırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Tərtər rayon sakini V.Abbasov fevralın 25-də saat 10 radələrində Nərimanov rayonu ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qısa müddətdə F.X.Xoski prospektində aşkar edilib.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əhmədli saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

İnterPress.az