İran parlamentinin komissiyası Zərifin istefasını araşdırırbackend

İran parlamentinin komissiyası Zərifin istefasını araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası bu gün keçiriləcək fövqəladə iclasında sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını araşdıracaq.

İnterPress.az-ın məlumatına görə, bunu İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətulla Fəlahətpişə Gənc Jurnalistlər Klubuna deyib.

Komissiyasının sözçüsü Əli Nəcəfi Xoşrudi jurnalistlərə açıqlamasında bildirib ki, İran parlamentinin 150 deputatı bu istefaya qarşı çıxıb.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən gecə \”İnstagram\” səhifəsində tutduğu vəzifədən istefa verdiyini bildirib.

İran Prezidenti Həsən Ruhani hələ ki Zərifin istefasını qəbul etməyib.(trend)

İnterPress.az