Baş nazir: “Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri işğal sona çatmayanadək olmayacaq”backend

Baş nazir: “Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri işğal sona çatmayanadək olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri mövcud deyil və bu əlaqələr Rusiyanın ərazilərimizi işğal altında saxlayanadək də olmayacaq”.

İnterPress.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze hökumət iclasından öncə keçirdiyi brifinqdə bildirib.

O, Abaşidze-Karasin formatında görüşlərin keçirilməsinin gərəkli olub-olmadığını da şərh edib: “Bu format bir neçə il bundan öncə yaradılıb və bunun nə üçün yaradıldığı yadımızdadır. Bu formatın əsasən iqtisadi və humanitar məsələlərlə bağlı istiqamətləri var. Rusiya Gürcüstan ərazilərini işğal altında saxlayana qədər bu ölkə ilə diplomatik münasibətlərimiz olmayacaq. Bu, çox prinsipial məsələdir”.

Qeyd edək ki, Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə nümayəndəsi Zurab Abaşidze və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin iki ölkə arasında diplomatik münasibətlərin olmadığı şəraitdə 2012-ci ildən etibarən qeyri-rəsmi dialoq aparırlar. Abaşidze-Karasin formatında növbəti görüş fevralın 27-də Praqada keçiriləcək.

Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər 2008-ci ildə kəsilib. (report)

İnterPress.az