AFFA “Qarabağ”ı oyunun ikinci hissəsinə yubandığı üçün cərimələyibbackend

AFFA “Qarabağ”ı oyunun ikinci hissəsinə yubandığı üçün cərimələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb.

İnterPress.az xəbər verir ki, XVI turda “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən 4 dəqiqə gec başlayıb. Bu səbəbdən, Ağdam təmsilçisi 80 manat cərimələnib.

Həmin tur “Neftç-2” ilə ev oyununda lazimi inventarlar olmadığından, \”Turan Tovuz\”a 160 manatlıq cərimə kəsilib.

“Qaradağ Lökbatan” komandası “Sabah -2” ilə səfər qarşılaşmasında ilkin protokolu gec təqdim edib. Bu səbəbdən, klub 80 manat məbləğində cəzalandırılıb.

“Kəpəz” – “Zaqatala” matçından əvvəl iclasda qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən, “Zaqatala” klubu 80 manat cərimələnib.

İnterPress.az