Xocalı soyqırımı məsələsi Finlandiya parlamentində qaldırılacaqbackend

Xocalı soyqırımı məsələsi Finlandiya parlamentində qaldırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiyanın paytaxtı Helsinki şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşkilatçılıgı ilə baş tutub.

Şuradan verilən məlumata görə, tədbirdə Azərbaycanın İsveç Krallığındakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Finlandiyada yaşayan azərbaycanlılar, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusların təmsilçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Anım mərasimi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ü.Cabbarova tədbiri açaraq Xocalı soyqırımı haqqında qonaqları məlumatlandırıb: ”Tədbirimizin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hələ də erməni terrorçuları tərəfindən işğal altında saxlanılması və Xocalı soyqırımının Finlandiya ictimaiyyətinə çatdırılması, erməni diasporunun yalanlarının qarşısının alınması üçün əsaslı vasitə olacağına ümid edirik\”.

G.Rüstəmzadə isə Finlandiya hökuməti və parlamentinin Serebrenitsa soyqırımının dünyada tanınmasında fəal rol oynadığını nəzarə alaraq Xocalı soyqırımının da dünyada tanınması üçün Finlandiya parlamenti qarşısında məsələ qaldırılmasını təklif edib. O bildirib ki, bununla bağlı fevralın 22-də Finlandiya parlamentinin deputatları ilə görüş keçirilib.

Anım mərasimi çərçivəsində Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində \”Azər-Türk\” Gənclər Təşkilatının üzvü Mona Savojifar Azərbaycan xalq mahnısı \”Sarı Gəlin\”, Finlandiya Opera və Balet Teatrının konsertmeysteri Leyli Huseynova Sergey Raxmaninovun ”Vokalis”, Heyno Kaskinin \”Yö merenrannalla”, Sibelius Akademiyasının tələbəsi və müsabiqələr laureatı Emil Hartikainen Asəf Zeynallının \”Muğam sayağı”, Con Vilyamsın \”Theme from schindler`s list\” və s. əsərləri ifa ediblər.

İnterPress.az