Putin Ərdoğana zəng etdibackend

Putin Ərdoğana zəng etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

İnterPress.az xəbər verir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Putin Ərdoğanı 65 yaşı münasibətilə təbrik edib və onun Rusiya-Türkiyə əlaqələrinin inkişafında şəxsi töhfəsini qeyd edib.

Bundan başqa, liderlər 2019-cu ilin aprelində Moskvada keçirilməsi planlaşdırılan Rusiya və Türkiyə əməkdaşlıq şurasının yüksək səviyyəli iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü il, fevralın 26-da İstanbulda anadan olub.

İnterPress.az