“Xəzər sammitində öz həmkarlarıma dedim ki…”backend

“Xəzər sammitində öz həmkarlarıma dedim ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində söyləyib.

Dövlətimizin başçısı zavoda həm neft-qaz əməliyyatları üçün sifarişlər verildiyini, həm də hərbi məqsədlər üçün gəmilərin tikiləcəyini bildirərək deyib:

“Bizim bütün digər gəmilər – tankerlər, yük gəmiləri Bakıda istehsal olunacaq. Bu da sənayeləşmə siyasətimizin bir nəticəsidir. Vaxtilə gəmiqayırma zavodunun tikintisi barədə qəbul olunmuş qərar artıq özünü doğrultdu. Çünki biz görürdük ki, gəmilərin – tankerlərin, yük, servis gəmilərinin hamısı xaricdən alınır. Ancaq bizdə daxildə tələbat var. Biz gərək öz donanmamızı yeniləşdirək.

Eyni zamanda, böyük neft-qaz əməliyyatları aparılır və aparılacaq. “Şahdəniz”lə bağlı yeni gəmilərə ehtiyac var. Ona görə, qısa müddət ərzində gəmiqayırma zavodunun tikintisi çox önəmli addım idi və bu zavod bütün Xəzəryanı ölkələrə xidmət göstərə bilər. Mən Xəzər sammitində öz həmkarlarımla söhbət əsnasında söyləmişdim ki, artıq belə zavod var və siz də bundan faydalana bilərsiniz, sifarişləri verə bilərsiniz. Ümumiyyətlə, biz Xəzər hövzəsində bu istiqamətdə daha da sıx əməkdaşlıq edə bilərik.

Əgər, misal üçün, Bakıda belə müasir zavod varsa, inanmıram ki, başqa yerdə belə zavodun tikintisinə ehtiyac olsun. Yəni, burada da kooperasiya işləri düzgün aparılmalıdır. Azərbaycan da öz sözünü deyir”.

İnterpress.az