Cənubi Koreyanın qırıcısı Sarı dənizə düşdübackend

Cənubi Koreyanın qırıcısı Sarı dənizə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcısı qəzaya uğrayıb.

İnterPress.az-ın məlumatına görə, qəza təyyarə Sarı dəniz üzərində uçuş həyata keçirərkən baş verib.Məlumata görə, göyərtədə olan hər iki pilot sağ qalıblar və xilas ediliblər.

Yerli vaxtla saat 12:13-də baş vermiş qəzanın səbəbləri isə hələ məlum deyil. Təyyarənin Kunsandakı bazadan havaya qalxdıqdan cəmi 3 dəqiqə sonra qəzaya uğradığı bildirilir.

Qəzanın səbəblərinin araşdırlması üçün qərargah yaradılıb.(trend)

İnterPress.az