Dağıstan prezidentindən Azərbaycan bəyanatı…backend

Dağıstan prezidentindən Azərbaycan bəyanatı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda bildirilir:

\”Son zamanlar informasiya məkanında bəzi qüvvələrin xalqlarımız arasında istənilən bəhanəni gətirərək, əksər hallarda isə heç bir səbəb olmadan inamsızlıq və şübhə yaratmaq cəhdləri müşahidə olunur.

Tamamilə aydındır ki, bütün bunların, heç bir əsası olmayan məlumatların arxasında milli mənsubiyyətindən istifadə edərək çirkin işlər, dələduzluq, korrupsiya ilə məşğul olmağa adət etmiş şəxslər dayanır. Vəzifələrindən kənarlaşdırılmış bu şəxslər, bu gün dağıstanlılarla azərbaycanlılar arasında xoş qonşuluq münasibətləri və qardaşlıq əlaqələrinə şübhə toxumu səpmək üçün şayiələr yayırlar.

Lakin bu heç vaxt olmayacaq!\”

Respublika rəhbəri Ramazan Abdulatipovun sözlərinə görə, Dağıstan və Azərbaycanın tarixən yaxın mədəniyyəti, ümumi tarixi var:

\”Həmişə sülh və əminamanlıq şəraitində yaşamış bu iki xalqın arasını heç kim və heç zaman vurmağa müyəssər olmayıb, xüsusilə də, indi – Dağıstanın nadanlıq və çirkabdan təmizləndiyi bir vaxtda müyəssər ola bilməz.

Biz qardaş Azərbaycanla iqtisadi və mədəni münasibətlərin inkişafında səmimi olaraq maraqlıyıq. Dövlətlərimizin və xalqlarımızın liderləri – Vladimir Putin və İlham Əliyev arasında olan ənənəvi xoş münasibətlər bizi buna istiqamətləndirir\”.

İnterpress.az