Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıbbackend

Bakıda itkin düşən 5 yaşlı uşaq tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda itkin düşən uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, nazirliyin “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

İnterPress.az