Ruhani Zərifə: Sizin istefanız ölkənin mənafeyinə ziddirbackend

Ruhani Zərifə: Sizin istefanız ölkənin mənafeyinə ziddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Bu barədə İnter.az İran hökumətinin internet portalına istinadən məlumat verib.

H.Ruhani C.Zərifin istefası ilə əlaqədar məktubunu belə cavablandırıb:

\”Cənab Zərif! 25 fevral tarixli istefa məktubunuzu aldım. Siz Xarici İşlər Nazirliyinin layiqli yerinin qorunması və İranın xarici siyasətində ən yüksək səviyyəli rəsmi olaraq mənim tərəfimdən təsdiqlənən şəxssiniz. Sizin durmadan göstərdiyiniz səyləri alqışlayır, sizin istefanızı ölkənin mənafeyinə zidd hesab edir və onu qəbul etmirəm.

Mən hökumət və hətta prezidentə qarşı təzyiqləri tamamilə dərk edirəm. Biz xalqla bağladığımız əhdə sonuna qədər sadiq qalacağıq və bu çətin mərhələdən çıxacağımıza inanıram\”.

İnterPress.az