Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxundubackend

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücüyə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İnterPress.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı A.Şixiyevin 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə A.Şixiyev 5 il 11 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun idarə etdiyi “Mersedes” markalı avtomobili vurub.

Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.(trend)

İnterPress.az