Binəqədidə yeniyetməni qətlə yetirən gənc məhkəmədə ifadə veribbackend

Binəqədidə yeniyetməni qətlə yetirən gənc məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İnterPress.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

O qeyd edib ki, qətlə yetirdiyi Musa Babayevlə qonşu olub: \”Musa həmişə söyüş söyüb, məni hər kəsin içərisində təhqir edirdi. Bu barədə atama bildirdim. Atam da deyirdi ki, Musanın atası rəhmətə gedib, anamı anasının yanına göndərirdi. Artıq onun təhqirlərindən bezmişdim. Sonra Musa məni görüşə çağırdı. Evdən bıçağı götürü getdim. Onu bıçaqla qorxutmaq istəyirdim. Lakin həmin zaman məni yenə təhqir edib döydü. Mən də hadisə zamanı özümdə olmadım, bıçağı necə vurduğum da yadımda deyil\”.

Zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası təqsirləndirilən A.İsmayılova etiraz edib. O, oğlunu A.İsmayılovun tək öldürmədiyini söyləyib.

Təqsirləndirilən şəxs isə M.Babayevi tək qətlə yetirdiyini vurğulayıb.

A.İsmayılov ifadəsini davam etdirəndə deyib ki, hadisədən sonra M.Babayevi bıçaqladığını ilk dəfə bacısına deyib: \”Sonra bacım atama dedi, məni aparıb polisə təhvil verdilər. Həmin bıçağı da polisə təqdim etdim\”.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi bıçaqlayaraq qətlə yetirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən A.İsmayılov saxlanılıb.

Araşdırma zamanı meyitin üzərində zorakılıq əlamətləri olduğu məlum olub.

Məlumata görə, gənclər arasında dava şit zarafat üstündə olub. Belə ki, A.İsmayılov avtobusda sürücü köməkçisi işləyən zaman qonşusu M.Babayev onun başına iki dəfə sillə vurub.

A.İsmayılovun sözlərinə görə, həmin vaxt avtobusda sərnişinlər də olub və bu hərəkəti qəbul edə bilməyib. Sonra isə aralarında yenə mübahisə düşüb və o, M.Babayevi bıçaqlayaraq öldürüb.

İnterPress.az