Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağını alan şəxslərə hökm oxunubbackend

Bakıda 76 yaşlı qadını döyərək qızıl boyunbağını alan şəxslərə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 76 yaşlı qadını döyərək 2000 manatlıq qızıl boyunbağını ələ keçirən İlkin Məlikov və Kamran Gəncimaliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

İnterPress.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onların hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Sabir Abdinov çıxışında hər iki şəxsin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ötən ilin sentyabrın 20-də Binəqədi rayonu Novxanı bağlar sahəsində yerləşən evlərdən birinə daxil olan iki maskalı şəxs orada yaşayan 76 yaşlı Solmaz Fətullayevanın başına taxta parçası ilə vuraraq onun 2000 manat dəyərindəki qızıl boyunbağını götürüblər.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən qadın İ.Məlikovun qohumudur. O, dostu K.Gəncimalıyeva qohumunun evinə basqın etməyi məsləhət görəndən sonra birlikdə qeyd edilən hadisəni törədiblər(report)

İnterPress.az