Messi və Buskets “Elklasiko”da rekord müəyyən edibbackend

Messi və Buskets “Elklasiko”da rekord müəyyən edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın \”Barselona\” klubunun futbolçuları Lionel Messi və Serxio Buskets birlikdə oynadıqları oyunların sayına görə \”Elklassiko\”da rekord müəyyən ediblər.

İnterPress.az xəbər verir ki, İspaniya Kubokunun yarımfinal mərhələsində Madrid \”Real\”ına qarşı oynanılan cavab matçı bu iki komanda yoldaşı üçün sayca 35-ci olub.

Əvvəlki rekord Messi və Andres İnyestaya məxsusdur – \”Kral klubu\”na qarşı 34 oyun.

İki komanda arasında Kubok yarımfinalının cavab oyunu \”Barselona\”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 1:1 hesablı nəticə qeydə alındığından, Kataloniya klubu finala vəsiqə qazanıb.(report)

İnterPress.az