Gənc cüdoçular arasında Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşibbackend

Gənc cüdoçular arasında Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib.

İnterPress.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan yarışın birinci günündə Gülşən Bağırova (44 kq), Mirağa Hacıyev (55 kq), Gültac Məmmədəliyeva (52 kq), Davud Abbaslı (66 kq), Diana Şoranova (63 kq), Vüsal Şamilov (81 kq), Aliyə Müslümova (78 kq) və Abdulla İsmayılov (100 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Yarışa bu gün yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan birinciliyində 51 klubdan 276 cüdoçu iştirak edir. Onların 230-u oğlan, 46-sı isə qızdır.(report)

İnterPress.az