Qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi – İrandabackend

Qum qasırğası 25 nəfəri xəstəxanalıq etdi – İranda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın mərkəzində yerləşən Kirman vilayətində qum qasırğası nəticəsində 25 nəfər xəstəxanaya yerləşdirilib.

İnterPress.az-ın məlumatına görə, bunu İranın Kirman vilayəti Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib.

Belə ki, ötən gecədən rayonda başlayan qum qasırğası 19 kəndlə əlaqəni kəsib. 150-dən çox kənd güclü qum qasırğası ilə üzləşib.

Qasırğanın çox təhlükəli olduğunu deyən qubernator bütün əlaqədar dairələrin hazır vəziyyətə gətirildiyini bildirib.

Ə.Baqiri ötən iki il ərzində qum qasırğası nəticəsində əhalinin 16 kəndi tərk etdiyini deyib.(trend)

İnterPress.az