Xamenei Paşinyanla görüşdə Qarabağdan danışdıbackend

Xamenei Paşinyanla görüşdə Qarabağdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ali dini lideri Əli Xamenei Tehranda Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub.

İnterPress.az xəbər verir ki, bununla bağlı İranın “Mehr” agentliyi məlumat yayıb.

O bildirib ki, İran Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır.

Ə.Xamenei əlavə edib ki, Qarabağ məsələsinin həlli Ermənistan və Azərbaycan arasında müzakirələrin davam etməsinə bağlıdır.

Görüşdə İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif də iştirak edib.

İnterPress.az