ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa vurub – YENİLƏNİB-2backend

ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa vurub – YENİLƏNİB-2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda geniş tərkibdə danışıqları başa vurublar.

Bu barədə İnterPress.az TASS-a istinadən xəbər verir.

Sammitin əsas müzakirə hissəsi iki saatdan çox davam edib, indi ölkə liderləri işgüzar nahar yeməyində iştirak edəcəklər.

***

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında cümə axşamı Hanoyda keçirilən təkbətək görüş başa çatıb.

İnterPress.az TASS-a istinadən xəbər verir ki, görüş 30 dəqiqə davam edib.

İndi iki ölkə lideri bir neçə saat davam edəcək geniş tərkibdə danışıqlara başlayıblar.

***

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin ikinci gününə start verib.

İnterPress.az xəbər verir ki, hazırda liderlər arasında təkbətək görüş keçirilir.

Cümə axşamı danışıqlara ümumilikdə 5 saat sərf olunacaq. Tramp Hanoyu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.

İnterPress.az