Güclü qar Türkiyənin iki əyalətində məktəblərin bağlanmasına səbəb olubbackend

Güclü qar Türkiyənin iki əyalətində məktəblərin bağlanmasına səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü qar və əlverişsiz hava şəraiti Türkiyənin Ağrı və Elazığ əyalətlərində məktəblərin bağlanmasına səbəb olub.

İnterPress.az xəbər verir ki, bunu hər iki əyalətin milli təhsil idarələrindən bildiriblər.

Kəskin hava şəraitinə görə Ağrı və Elazığ məktəblərində fevralın 28-də dərs olmayacaq.

Yağıntının martın 1-də kəsəcəyi gözlənilir.

Meteorologiya Baş İdarəsindən bildirilib ki, bu gün ölkənin Hakkari, Bitlis, Muş, Siirt, Şırnak və Batman əyalətlərinə yağacaq qarın hündürlüyü 25-50 sm olacaq.

İnterPress.az