Almaniya klubunun baş məşqçisi: “Rüfət Dadaşovda enişin olması normaldır”backend

Almaniya klubunun baş məşqçisi: “Rüfət Dadaşovda enişin olması normaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya “Proyssen”inin baş məşqçisi Marko Antverpen komandada çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun III liqanın son 8 turunda qol vura bilməməsinə aydınlıq gətirib.

İnterPress.az xəbər verir ki, 48 yaşlı mütəxəssis “Bild”ə açıqlamasında Dadaşov da daxil olmaqla, heyətdə yer alan hücumçuların durumundan danışıb. Maddi problemlərə görə qış fasiləsində yeni transferlər edə bilmədiklərini vurğulayan baş məşqçi ön xətdə problem yaşadıqlarını deyib: “Heyətdə yeganə nominal hücumçu Rüfət Dadaşovdur. Kirill Akono da yaxşı oyunçudur. Amma o, hücumdakı əsas yükü üzərinə götürə bilməz. Tobias Varşevski ailə problemi ilə bağlı yaşadığı stresdən sonra ehtiyatda qalmalı olur. Dadaşov IVü liqadan gələn və Azərbaycan millisinin üzvü olan futbolçudur. Onun formasında enişin olması normaldır”.

28 yaşlı yığma üzvü cari mövsümdə iştirak etdiyi 22 çempionat oyununda 7 qol vurub.

Qeyd edək ki, ötən mövsüm Berlin “Dinamo”sunun formasını geyinmiş Rüfət Dadaşov 26 qolla Regional Liqanın bombardiri olub.

İnterPress.az