Fərdi qaydada taksi xidməti göstərən şəxslər Bakı aeroportundan kənarlaşdırılıbbackend

Fərdi qaydada taksi xidməti göstərən şəxslər Bakı aeroportundan kənarlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətini yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC göstərir.

İnterPress.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumatda deyilir ki, müştərilərin sifarişinin qəbulu üçün hava limanında məlumat stendi quraşdırlıb, taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib.

“Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti”nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.

Yeni fəaliyyətə başlamış “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdıracaq.

İnterPress.az