Tikinti sahəsində yeni tələb qoyulurbackend

Tikinti sahəsində yeni tələb qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tikintiyə icazə verilərkən ilk öncə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəy əsas götürüləcək.

İnterPress.az-ın məlumatına görə, bu, Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Tikinti və Şəhərsalma Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanı 5 iş günü müddətində rəy verməlidir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonallaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır.

İnterPress.az