Şimali Koreya lideri nüvəsizləşdirməyə hazır olduğunu növbəti dəfə təsdiq edibbackend

Şimali Koreya lideri nüvəsizləşdirməyə hazır olduğunu növbəti dəfə təsdiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampla görüşündə nüvəsizləşdirmənin həyata keçirilməsinə hazır olduğunu növbəti dəfə təsdiq edib.

İnterPress.az-ın məlumatına görə, amerikalı jurnalistin müvafiq sualına cavabında Şimali Koreya rəhbəri bildirib: \”Əgər hazır olmasaydım, burada olmazdım\”.

Bundan sonra K.Ç.In gülümsəyib, Trampın reaksiyası isə belə olub: \”Yəqin ki, bu, indiyə qədər eşitdiyiniz ən yaxşı cavabdır\”.

Digər jurnalistin \”KXDR lideri bunun üçün konkret addımlar atmağa hazırdırmı?\” sualına isə K.Ç.In \”Biz elə indi bunu müzakirə edirik\”, – deyə cavab verib.

İnterPress.az