Dostu tərəfindən öldürürlən şəxsin əmisi məhkəmədə ifadə veribbackend

Dostu tərəfindən öldürürlən şəxsin əmisi məhkəmədə ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İnterPress.az-ın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, qətlə yetirilən Fikrət Salmanovun əmisi Elbrus Salmanov ifadə verib.

O, mərhumun atası və anasının bir neçə il əvvəl vəfat etdiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını deyib: \”Məndən daha çox onun xanımının fikiri önəmlidir. O deyir ki, ən ağır cəza verilsin. Mən də onu tələb edirəm\”.

Ə.Salmanov B.Əhmədovla qardaşı oğlu arasında olan münasibətlərdən xəbərsiz olduğunu söyləyib.

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

İttiham aktına əsasən, B.Əhmədov dostu Fikrət Salmanovu bıçala qətlə yetirib. Hər iki şəxsin arasında mübahisə B.Əhmədovun ona \”polisə arxada oturan qızın arvadın olduğunu deyərsən\” sözündən sonra olub. B.Əhmədov buna etiraz edən zaman F.Salmanov \”guya sənin arvadın ondan artıqdır?\” deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə B.Əhmədov dostunu öldürüb.

B.Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İnterPress.az