Slovakiya millisinin hücumçusu Azərbaycan yığması ilə matçda iştirak etməyəcəkbackend

Slovakiya millisinin hücumçusu Azərbaycan yığması ilə matçda iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiya milli komandasının futbolçusu Adam Zrelyak Bakıda Azərbaycan yığması ilə AVRO-2020-nin seçmə oyununda iştirak edə bilməyəcək.

İnterPress.az xəbər verir ki, 25 yaşlı hücumçu zədə səbəbindən 4-6 ay yaşıl meydanlardan kənarda qalaq.

Almaniyanın \”Nürnberq\” klubunda çıxış edən forvard zədələndiyi üçün üzüldüyünü vurğulayıb: \”Hər şey qaydasında olarsa, 4 ay içində sağala və 6 ay sonra yenidən futbol oynaya bilərəm. Mən bir döyüşçüyəm, daha güclü şəkildə geri qayıdacağam\”.

Zrelyak klubun son məşqində xəsarət alıb. Onun xaçabənzər bağlarının qırıldığı müəyyənləşib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə yanaşı, Xorvatiya, Macarıstan, Uelslə birlikdə E qrupunda mübarizə aparacaq. Yığma Slovakiya ilə ilk oyunu iyunun 21-də evdə, növbəti matçı isə noyabrın 19-da səfərdə keçirəcək.

İnterPress.az