Maykl Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib”backend

Maykl Pompeo: “ABŞ Şimali Koreya ilə danışıqlarda istədiyini ala bilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”ABŞ və Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) daha əvvəl Sinqapurda əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində böyük addımlar atıb\”.

İnterPress.az xəbər verir ki, bunu Hanoyda jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Maykl Popmeo deyib.

O, ABŞ və KXDR liderlərinin əldə etdikləri irəliləyişi müsbət qiymətləndirib, amma daha çoxuna nail olmağın qeyri-mümkünlüyünə görə təəssüfləndiyini bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ KXDR ilə danışıqlarda istədiyini ala bilməyib: \”Kim Çen In ABŞ-ın tələblərini yerinə yetirməyə hazır deyildi\”.

M.Pompeo əlavə edib ki, rəsmi Vaşinqton və Pxenyan nüvəsizləşdirmə mövzusunda danışıqları davam etdirəcək.

İnterPress.az