Yaxın gələcəkdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaqbackend

Yaxın gələcəkdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın gələcəkdə Slovakiyanın Azərbaycanda səfirliyi açılacaq.

İnterPress.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.

M.Layçak qeyd edib: “Slovakiyanın Baş naziri Piter Pelleqrini 2018-ci ilin noyabrında Azərbaycana rəsmi səfəri zamanı Bakıda səfirliyimizin açılmasında maraqlı olduğumuzu təsdiq etdi. Hesab edirəm ki, səfirliyimiz yaxın gələcəkdə açılacaq”.

O, həmçinin iki ölkə arasında vizasız rejimin tətbiqi imkanlarından da danışıb:

“Slovakiya Avropa İttifaqının üzv dövləti kimi Aİ-nin ümumi viza siyasətinə malikdir. Belə olan halda biz ölkələrimiz arasında vizasız rejimin tətbiqi üzrə fərdi ikitərəfli razılaşma əldə edə bilmərik. Ümumiyyətlə isə Slovakiya vizasız rejimin yaradılması üzrə səyləri dəstəkləyir”.

İnterPress.az