Bakıda nənə və nəvəni avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunubbackend

Bakıda nənə və nəvəni avtomobillə vuraraq öldürən sürücüyə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Tərlan İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

İnterPress.az-ın xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.İmanov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəza çəkmə məntəqsində çəkəcək.

Qeyd edək ki, ötən il sentyabrın 28-də Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü İmanov Tərlan Cəmil oğlu idarə etdiyi “ZİL-130” markalı, 10-GL-195 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Şəhər şosesi küçəsində hərəkətdə olarkən piyada keçidində 1952-ci il təvəllüdlü Gülü Salmanovanı, habelə onun nəvələri – 2008-ci il təvəllüdlü Əfqan Məmmədov və 2009-cu il təvəllüdlü Aygün Məmmədovanı vurub.

Hadisə nəticəsində zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. G.Salmanova və A.Məmmədova aldıqları xəsarətlər nəticəsində xəstəxanada ölüblər.

Daha sonra sürücü T.İmanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İnterPress.az