Osmanlı əsgərlərinin məzarlığı zibilliyə çevrildi: İran rəsmiləri susur…backend

Osmanlı əsgərlərinin məzarlığı zibilliyə çevrildi: İran rəsmiləri susur…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi məlumata görə, 1918-ci ildə Qafqaza hücuma keçən erməni daşnaqları və Osmanlı torpaqlarından Cənubi Azərbaycana köç etmiş ermənilər tərəfindən Qərb dünyasının dəstəyi ilə böyük xristian dövləti qurmaq niyyəti ilə Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirmişdillər.

Fars tarixi sənədlərində yer alan bu məlumatlara görə, həmin soyqırım nəticəsində 300 min Cənubi Azərbaycan Türkü erməni vandalları tərəfindən qətlə yetirilib.

Tarixi qaynaqlara görə, bundan sonra erməni soyqırımına dur demək üçün Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu yaradılaraq Cənubi Azərbaycan torpaqları erməni daşnaqlarından tamamilə təmizləyib.

İlk öncə Cənubi Azərbaycanın Xoy şəhərini erməni daşnaqlarından təmizləyən ordu, daha sonra Salmas və Urmiyaya daxil olaraq yerli əhalini ermənilərin əlindən qurtarmışdı.

Gedən döyüşlər zamanı Qafqaz İslam Ordusunun 823 əsgəri şəhid olmuş və elə Salmas şəhərinin Çiçək kəndində də dəfn edilmişdi.

Bundan sonra bir neçə il yerli əhali tərəfindən təmizlənən məzarlığın hazırki vəziyyəti ürək parçalayandır – məzarlar uçuq-sökük, ətraf zibillik içində…

Hər il İran səlahiyyətliləri bu mövzunu unutdurmağa çalışırlar. Lakin Cənubi Azərbaycan türklərinin səyi nəticəsində məsələ öz aktuallığını qoruyub saxlayır.

Qey edək ki, Cənubi Azərbaycan ədəbiyyatçıları tərəfindən qələmə alınan müxtəlif yazılarda Osmanlı ordusunun bu qəhrəmanlığından bəhs edilir

\”Yaban Gülünün Sirri\” romanı kimi əsərlər buna bariz nümunədir.

Osmanlı ordusunun xoş xatirələri İran və Cənubi Azərbaycanın məşhur şairi ustad Şehriyarı da təsirləndirib.

Bunu ustadın \”Türkiyəyə Xəyali Səfər\” şeirində də aydın görə bilərik.

Şeirə başladığı dövrdən sonra gerçək həyatda yalnız bir dəfə Təbrizi tərk edən Şəhriyar, öz xəyalında Türkiyəyə səfər edib və bu səfəri beytlərə köçürüb.

İnterpress.az