Cocuq Mərcanlıda irimiqyaslı kənd təsərrüfatı layihələri reallaşdırılırbackend

Cocuq Mərcanlıda irimiqyaslı kənd təsərrüfatı layihələri reallaşdırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cocuq Mərcanlı kəndində məşğulluğun artırılmasına yönəlmiş kənd təsərrüfatı layihələri reallaşdırılır.

İnterPress.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

O bildirib ki, söhbət istixanaların yaradılması, arı ailələrinin paylanması, balın qablaşdırılması layihəsi, yem emalı üzrə kiçik sexin, suvenir istehsalı müəssisəsinin tikintisi layihələrindən gedir:

“Bütün görülən işlər kənd əhalisinin məşğulluğunun təmin olunmasına yönəlib və daha vacibi odur ki, istehsal olunan məhsullar Cocuq Mərcanlı loqotipini daşıyacaq”.

İnterPress.az