Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldubackend

Türkiyə Parlamentinin yeni spikerinin Azərbaycana səfər TARİXİ məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Parlamentinin yeni seçilmiş spikeri Mustafa Şentopun Azərbaycana səfər tarixi dəqiqləşib.

İnterPress.az-ın məlumatına görə, M.Şentopun martın 5-6-da Azərbaycana səfər edəcəyi bildirilir. Səfər çərçivəsində türkiyəli spikerin Azərbaycanda yüksək səviyyəli görüşlər keçirəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyə KİV-ləri spikerin, həmçinin Şimali Kiprə də səfər edəcəyi barədə xəbər yayıb.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şentop fevralın 24-də keçirilmiş səsvermə nəticəsində Türkiyə Böyük Millət Məclisinin sədri seçilib və bu vəzifədə Binəli Yıdırımı əvəz edib.

İnterPress.az