Tanışının evinə basqın edib, öldürmək istəyən şəxsin məhkəməsi başlayıbbackend

Tanışının evinə basqın edib, öldürmək istəyən şəxsin məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə və quldurluqda təqsirləndirilən Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

İnterPress.az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra B.Rüstəmbəyov ittiham aktını almadığını deyib.

Proses martın 6-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı şəhər sakini B.Rüstəmbəyov tanışı Çingiz Qaçayın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib.

Bu məqsədlə o, özü ilə gətirdiyi çəkiclə Ç.Qaçayın və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin salamlığına təhlükə yaradıb.

İstintaq orqanı tərəfindən Bəkir Rüstəmbəyovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.(report)

İnterPress.az