XİN: Rusiya bundan sonra da Qarabağ münaqişəsi məsələsinə böyük diqqət ayıracaqbackend

XİN: Rusiya bundan sonra da Qarabağ münaqişəsi məsələsinə böyük diqqət ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsi məsələsinə Cənubi Qafqaz regionunda öz siyasəti kontekstində böyük diqqət ayıracaq.

İnterPress.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib ki, qanlı Qarabağ münaqişəsi bir çox günahsız insanın ölümünə və əzab çəkməsinə səbəb olub, Rusiya hər zaman bunu böyük faciə hesab edib və hesab etməkdədir:

“Ölkəmiz bu münaqişənin sülh yolu ilə nizamlanması yollarının axtarışında tərəflərə kömək göstərməkdə davam edir. Biz bundan sonra da məsələyə həmin regionda siyasətimiz və bu istiqamətdə Rusiya kursunun formalaşmasına yanaşma kontekstində böyük diqqət ayıracağıq”.

İnterPress.az