Bakıda keçmiş arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilibbackend

Bakıda keçmiş arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçmiş arvadını öldürməkdə tqəsirləndirilən İlkin Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İnterPress.az-ın xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fikrət Qəribovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Bakının Xətai rayonunda baş verib. 24 yaşlı Səriyyə Abdullayeva yaşadığı evdə keçmiş həyat yoldaşı, 27 yaşlı İ.Abdullayev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Abdullayev saxlanılıb.

İnterPress.az