Gəncədə işıqforun tələblərini pozan sürücü qəza törədibbackend

Gəncədə işıqforun tələblərini pozan sürücü qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterPress.az-ın məlumatına görə, hadisə şəhərin Rüzgar Qasımov küçəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini Ayxan Muradov idarə etdiyi \”Mercedes\” markalı avtomobillə hərəkətdə olan zaman işıqforun qaydalarını pozaraq qırmızı işıqdan keçib.

Nəticədə digər tərəfdən hərəkətdə olan Ceyhun Muradovun idarə etdiyi \”VAZ-2106\” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində \”VAZ\”ın sürücüsü müxtəlif bədən xəsarətləri alıb və Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.(report)
İnterPress.az