İtaliyalı senator: “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal altında saxlayır”backend

İtaliyalı senator: “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal altında saxlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır\”.

İnterPress.az xəbər verir ki, bunu İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” Partiyasının üzvü, senator Stefano Luçidi Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanatında bildirib.

O vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: \”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışanda 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini – 822, 853, 874 və 884 saylı qətnamələrini xatırlamaq vacibdir. Bu qətnamələr hələ də yerinə yetirilməmişdir. Həmçinin Avropa Parlamentinin 23 oktyabr 2013-cü il tarixli qətnaməsini xatırlamaq lazımdır. Bu qətnamədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi yolu ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dəstəklənir\”.(report)

İnterPress.az