Azərbaycan “Neft Daşları”nda yeni layihənin icrasına hazırlaşırbackend

Azərbaycan “Neft Daşları”nda yeni layihənin icrasına hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) \”Neft Daşları\” yatağında \”Mayak\” layihəsinin icrasına hazırlaşır.

İnterPress.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.

\”Mayak\” layihəsi neft və qaz hasilatı sahəsində məhsuldarlığın artırılmasına istiqamətlənib.

İ.Əhmədov bildirib ki, hazırda \”28 May\” və \”Abşeronneft\” neft-qaz çıxarma idarələri çərçivəsində yeni təşəbbüslərin, təkliflərin öyrənilməsi davam etdirilir və Neft Daşlarında layihənin icrasına hazırlıq gedir.

Şirkət rəsmisi qeyd edib ki, ümumilikdə gələcəkdə bu layihənin bilavasitə SOCAR-ın operativ idarələri tərəfindən işlənən bütün neft-qaz və qaz-kondensat yataqlarında həyata keçirilməsi mümkündür.

\”Mayak\” layihəsi SOCAR-ın \”Azneft\” İstehsalat Birliyinin \”McKinsey&Company\” şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Layihənin pilot hissəsi \”28 May\” NQÇİ-də reallaşdırılıb.(trend)

İnterPress.az